Ümumi məlumat
Kapital Bank namizədləri Nəzarət Departamentinin Operativ Nəzarət şöbəsinə Mütəxəssis / Aparıcı mütəxəssis (Mikro kreditlər sahəsi üzrə) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
• Mikro kreditlərin planlı və növbədənkənar monitorinqlərini həyata keçirmək ;
• Mikro kredit portfelinin analizi və risklərin ölçülməsi;
• Kreditləşmənin Bankın müvafiq qayda və prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
• Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətini təhlil etmək;
• Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
• Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
• Kredit portfelinin keyfiyyətinə nəzarət etmək və s.
Tələblər
• İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə ali təhsil və bank sahəsində minumum 1 illik iş təcrübəsi və ya digər ixtisaslar üzrə ali təhsil və bank sahəsində minumum 3 illik iş təcrübəsi;
• Yüksək yazılı nitq bacarığı, analitik qabiliyyət və riyazi düşüncə;
• Təşəbbüskarlıq, innovativ, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;
• Ofis proqlamları və bank əməliyyat sistemlərilə işləmə bacarığı;
• Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;
• Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Pərakəndə satış departamentinin Analitika şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Şöbənin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir
• Data əsaslı fəaliyyət strategiyası və qərar qəbuletmə ilə bağlı təkliflər verir
• Toplanmış məlumatların ümumi və keyfiyyət analizini təşkil edir, aparılmış analizlər əsasında hesabat və təkliflərin hazırlanmasını təşkil edir
• Statistik məlumatların toplanması istiqamətində təkliflər verir və icrasında iştirak edir
• Dövri statistik icmalın hazırlanması, statistika üçün məlumatların toplanması və ümumiləşdirilməsində iştirak edir
• BI (Business Intelligence) texnologiyalarının tətbiq olunmasını, müvafiq sistemlərin qurulmasını təşkil edir və idarə edilməsində iştirak edir
• Hesabatların düzgünlüyünə nəzarət edir və uyğunsuzluq olarsa, operativ olaraq müvafiq işçiləri məlumatlandırır və uyğunsuzluğun həllini təmin edir
• Hesabatların sürətli və effektiv işləməsini təmin edir
• Deskriptiv, Diaqnostik və Prediktiv hesabatların və təhlillərin hazırlanmasını, qərar qəbuletməyə təsir edəcək hesabat və rəylərin formalaşdırılması və təqdim olunmasını təşkil edir
• Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir
Tələblər
• Dəqiqlik, detallara qarşı diqqətlilik
• Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti
• Statistik və ekonometrik biliklər
• Yüksək səviyyədə Microsoft Excel üzrə biliklər
• İri həcmli məlumat bazası və SQL sorğu dili ilə işləmək bacarığı
• Vizuallaşdırma alətləri ilə işləmə bacarığı
• Data analitika alətlərindən (Python, R, və s.) ən azı biri ilə işləmə bacarığı.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Nəzarət Departamentinin Operativ Nəzarət şöbəsinə kiçik mütəxəssis / mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
• Verilənlər bazasında mövcud məlumatlar əsasında yeni biznes reportlarının hazırlanması
• Mövcud hesabatlar üzərində müvafiq dəyişikliklərin edilməsi
• Böyük həcimli baza ilə işləmək üçün SQL sorğularının optimallaşdırılması
• Hesabatların avtomatlaşdırılması
Tələblər
• İnformasiya Texnologiyaları üzrə ali təhsil və bank sahəsində iş təcrübəsi;
• Yüksək səviyyədə Python,SQL və TİBCO bilikləri;
• Yüksək analitik düşüncə və problemləri həlletmə bacarığı;
• Komanda tərkibində işləmə qabliyyəti;
• Liderlik, təşəbbüskarlıq, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;
• Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Problemli Kreditlərin İlkin Təqibi Departamentinin Ünvanda təqib şöbəsinə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
• Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi
• Problemli borcalanlar ilə görüşlərin keçirilməsi
• Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb etmək
• Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək
• Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək.
Tələblər
• Ali təhsil
• Tələb olunan sahə üzrə 1 illik iş təcrübəsi
• Kompüter bilikləri (ofis proqramları)
• Detallara qarşı diqqətli, təzyiqə davamlı.
• Komandada işləmə bacarığı.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.