Kapital Bank
Qəbələ filialının Mikrokreditlər bölməsinin kiçik mütəxəssisi / mütəxəssisi
Son tarix 22 okt 2025 - Müraciət et
Rol haqqında
- Birbankın Qəbələ filialında Mikrokreditlər bölməsinin kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsi üzrə detallara qarşı diqqətli, ünsiyyət bacarıqları yüksək olan namizəd axtarırıq. Müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.
Öhdəliklər
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir
- Görülmüş işlər üzrə hesabatlar verir.
Tələblər
- Azərbaycan dilinin mükəmməl bilinməsi;
- Ali təhsil, riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
- Satış bacarıqlarının yüksək olması;
- Əla ünsiyyət bacarıqlarının olması və müştərilərimizə məhsullarımız haqqında ətraflı məlumat verərək müraciətlərini təlimata uyğun cavablandırmaq;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Namizədlər üçün sosial media bağlantıları
- Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.