Kapital Bank
Əmək münasibətlərinin idarə edilməsi şöbəsinin meneceri
Son tarix 27 okt 2024 - Müraciət et
Bank haqqında
Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.
Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətləri və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsulları və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerji dolu və ambisiyalı şəxslərin axtarışındayıq.
Rol haqqında
Texnologiya və süni intellektin sürətlə inkişaf etdiyi dövrdə ən son texnoloji yenilikləri tətbiq etməklə əmək münasibətlərini qanunvericliyin tələblərinə uyğun tənzimləyərək iş prosesinin optimallaşdırılması və hesabatların avtomatlaşdırılması üçün Əmək münasibətlərinin idarə edilməsi şöbəmizə menecer axtarırıq.
Öhdəliklər
- Proqram təminatının implementasiyasının təmin edilməsi;
- Mövcud proseslərin analiz edilməsi və optimallaşdırılması ilə bağlı zəruri işlərin görülməsi;
- Şöbəyə daxil olan sorğuların analiz edilməsi və bundan irəli gələn digital həllərin təmin edilməsi;
- Müştəri ehtiyaclarına uyğun proseslərin digitallaşdırılması və təkmilləşdirilməsinin təmin edilməsi;
- Proseslərin avtomatlaşdırılması və optimallaşdırılması zamanı risklərin müəyyən edilməsi, bu risklərin idarə edilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
- Qayda, prosedur, vəzifə təlimatı və digər əlaqəli sənədlərin hazırlanması;
- Avtomatlaşdırılmış proseslər üzrə yoxlama mexanizmlərinin qurulması və tətbiq edilməsi;
- Hesabatların hazırlanması, mütəmadi tələb olunan hesabatların vizuallaşdırma alətləri ilə vizuallaşdırılması;
- Strukturlar üzrə illik ştat planının hazırlanması, yeni sorğuların analizi və rəyin verilməsi.
Tələb olunan bacarıq və təcrübə
Sizin barənizdə:
- Ali təhsil almısınız;
- Azərbaycan dili mükəmməl, İngilis dilini əla səviyyədə bilirsiniz. Rus dili biliyi üstünlükdür;
- İnsan resursları, Əmək münasibətlərinin idarə edilməsi sahələri üzrə minimum 3 il iş təcrübəniz var;
- İnsan resursları üzrə proqram təminatının implementasiyası (SAP), proseslərin avtomatlaşdırılması üzrə təcrübəniz var;
- Əmək Məcəlləsini mükəmməl bilirsiniz;
- Data və vizuallaşdırma alətləri (Power BI, Tableau və s.) ilə işləməyi bacarırsınız;
- Ünsiyyət qurmaq, komandada işləmək və yüksək icraçılıq bacarığınız var;
- Təşəbbüskarlıq, çeviklik, diqqətlilik kimi xarakterik xüsusiyyətlərə sahibsiniz.
İşə qəbul prosesi
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
Bizimlə işləməyin üstünlükləri
- Biz müştərilərimizə dəyər veririk və onların ehtiyacları, vərdişləri və gözləntilərinə diqqət yetiririk.
- Multikultural mühit: biz xarici həmkarlarımızın fikirləri və təcrübələrini qiymətləndiririk. Biz açıqlıq, inklüzivlik və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
- Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
- Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Namizədlər üçün sosial media bağlantıları
Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.