Kapital Bank
Hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 13 iyn 2024 - Müraciət et
Rol haqqında:
MHBS (IFRS)-ə uyğun olaraq Kapital Bankın maliyyə hesabatlarının hazırlanması, məlumatlarının təhlil edilməsi, nəticələrin araşdırılması və maliyyə aktivləri üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların hesablanması üçün namizəd axtarırıq. İstifadəçilərinin sorğularının düzgün, vaxtında və yüksək səviyyə təqdimatla cavablandırılması əsas məqsədlərimizdəndir..
Öhdəliklər:
- Hesabatlılıq və təhlil məqsədləri üçün maliyyə və qeyri-maliyyə məlumatlarının hazırlanması və nəticələrin araşdırılması;
- MHBS (IFRS)-ə uyğun olaraq aylıq və illik qrup maliyyə hesabatlarının hazırlanması;
- Digər istifadəçilər üçün tələb olunan hesabatların hazırlanması;
- Holdinq sorğularının vaxtında cavablandırılması;
- Şöbənin funksiyasından irəli gələn digər işlər;
- Daxili hesabat sisteminin inkişafına töhfə vermək və prosesin davamlı olaraq təkmilləşdirilməsinə dəstək olmaq.
Tələb olunan bacarıq və təcrübə:
Sizin barənizdə:
- Ali təhsil;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis və rus dili;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- Analitik düşüncə qabiliyyətinə malik olmaq;
- Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər (ACCA vəya CFA arzu olunandır);
- Bankın fəaliyyətində istifadə edəcəyi informasiya texnologiyalarına dair proqramları (Microsoft Office Excel/Word və sair) bilmək;
- Məsuliyyətlilik, operativlik və dəqiqlik.
İşə qəbul prosesi:
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
- Yekun müsahibə
Bizimlə işləməyin üstünlükləri:
- Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- İş modeli: Hibrid
- Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var.
- Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.
Namizədlər üçün sosial media bağlantıları:
Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.