Kapital Bank
İstedadların cəlbi və seçimi şöbəsinin analitiki
Son tarix 08 mar 2024 - Müraciət et
Tələblər:
- Ali təhsil
- Minimum 2 il sahə üzrə iş təcrübəsi (bank sahəsində təcrübə üstünlükdür)
- Analitik düşüncə və analiz qabiliyyəti
- MS Ofis proqramları üzrə yüksək səviyyədə biliklər
- Verilənlər bazası ilə işləmək bacarığı, SQL üzrə biliklər
- Vizualizasiya alətləri ilə işləmək bacarığı (Tableau, Visio, Power BI və s)
- Azərbaycan dili əla, İngilis dili yüksək, Rus dili yaxsı səviyyədə arzuolunandır.
- Operativlik, icraçılıq və komanda ilə işləmək bacarığı.
Tələb olunan bacarıq və təcrübə:
- İşə qəbul proseslərinin optimizasiyası ilə bağlı ideya və təkliflərin verilməsi, beynəlxalq təcrübələrin araşdırılması
- İşə qəbul proseslərinin avtomatlaşdırılması üzrə ideya və təşəbbüslərin verilməsi
- İşə qəbul portalının təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi, yeni funksionallıqların test edilməsi
- Mövcud vakansiyalar üzrə iş elanlarının paylaşılması, namizədlərin cəlbi üzrə dəstək, işə qəbul prosesinin təmin edilməsi
- Müxtəlif sosial media platformalarından istifadə edərək potensial namizədlərin banka adiyyatı vakansiyalar üzrə cəlb edilməsi
- İşə qəbul kanallarının idərə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi
- Müxtəlif layihələrin idarə olunması və iştirak
- Rəhbərliyə həftəlik və aylıq hesabatların təqdim edilməsi
- Şöbənin iş fəaliyyətinə uyğun rəhbər tərəfindən verilən digər tapşırıqların icrası
Bizimlə işləməyin üstünlükləri:
- Biz müştərilərimizə dəyər veririk və onların ehtiyacları, vərdişləri və gözləntilərinə diqqət yetiririk.
- Multikultural mühit: biz xarici həmkarlarımızın fikirləri və təcrübələrini qiymətləndiririk. Biz açıqlıq, inklüzivlik və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
- Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
- Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.