Kapital Bank
Biznes Analitik
Son tarix 23 fev 2024 - Müraciət et
Rol haqqında:
Kapital Bank namizədləri Biznes Analitik vakansiyamıza müraciət etməklə peşəkar Agile komandanın üzvü olmağa dəvət edir.
Biznes Analitik olaraq siz aşağıdakı sahələr üzrə özünüzə və şirkətə dəyər qata bilərsiniz:
- Məhsulun bazara çıxarılması zamanı maliyyə əsaslandırılması, gəlir-xərc modellərinin qurulması (eyni zamanda, CLV modellərin qurulması)
- Bazar araşdırmasının aparılması, beynəlxalq və yerli trendlərin araşdırılması, rəqiblərin analizi
- Məhsulun növbəti inkişafı üçün qərarvermə modellərinin qurulması, öncədən və sonradan (pre və post) analizlərin aparılması
- Məhsulun və biznesin performans göstəricilərini əks etdirən hesabat formalarının, analizlərin aparılması, dashboardların qurulması
- Kampaniyaların keçirilməsi, məhsulun inkişafı, satışının artırılması üçün təkliflərin verilməsi, təşəbbüslərin göstərilməsi
Əgər siz yuxarıda sadalanan rollar üzrə dəyər yarada biləcəyinizi düşünürsünüzsə və aşağıdakı üstünlüklərə maliksinizsə, onda siz məhz bizim axtardığımız namizədsiniz:
- Maliyyə əsaslı nəzəri və praktiki biliklərin olması (Maliyyə hesabatlarının tərtib olunması və s.)
- Biznesi anlamaq, analitik və kritik düşünmə, məntiqi fikir yürütmə bacarığı
- Üstün səviyyədə Excell və Microsoft Office bilikləri
- SQL sorğuları yazmaq bacarığı
- Data vizuallaşdırma alətləri ilə iş təcrübəsinin olması (Tableau, Power BI və s.)
- Bank təcrübəsinin olması əlavə üstünlükdür.
- Araşdırma etmək bacarığı
İşə qəbul prosesi:
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
- Yekun müsahibə
Bizimlə işləməyin üstünlükləri:
- Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
- Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
- Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Əgər bu vəzifə ilə maraqlanırsınızsa, CV-nizi qeyd etməklə göndərməyiniz xahiş olunur.
Namizədlər üçün sosial media bağlantıları:
Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.