Kapital Bank
İntensiv təqib şöbəsinin kiçik mütəxəssisi
Son tarix 05 yan 2024 - Müraciət et
Rol haqqında:
Kapital Bankın kreditlərin ilkin təqibi departamentinin intensiv təqib şöbəsinin fəaliyyətinin təkminləşməsi üçün ünsiyyət və təhlil etmə bacarığları yüksək olan namizəd axtarırıq. Müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.
Öhdəliklər:
- Problemli borcalanlar ilə əlaqə saxlanılması;
- Təhkim olunmuş portfelə gündəlik nəzarət edilməsi;
- Təhkim olunmuş kredit portfeli üzrə borcların yığımının təmin edilməsi;
Tələb olunan bacarıq və təcrübə:
Sizin barənizdə:
- Təhsil pilləsi: Bakalavr dərəcəsi tələb olunur.
- Texniki bacarıqları: MS Office proqramlarında işləmək bacarığı.
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı.
- Digər səriştələr: Təhlil bacarığı,ünsiyyət qura bilmə və komanda daxilində iş bacarığı mütləqdir.
İşə qəbul prosesi:
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
- Yekun müsahibə
Bizimlə işləməyin üstünlükləri:
- Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
- Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
- Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Namizədlər üçün sosial media bağlantıları:
Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.