Kapital Bank
Pərakəndə kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi
Son tarix 12 noy 2023 https://hr.kapitalbank.az/home/allvacancies
Rol haqqında:
Pərakəndə kredit məhsullarının data əsasında monitorinqini həyata keçirmək, aşkarlanmış nöqsanlar barədə hesabatları tərtib etmək və nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün namizəd axtarırıq. Pərakəndə kredit məhsullarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması əsas məqsədimizdir.
Öhdəliklər:
- Mövcud hesabatların vizualizasiyası və statistik analizinin aparılması.
- SQL sorğülar əsasında cədvəllərin yaradılması.
- SQL sorğu skriptlərin yazılması və mövcudların təkmilləşdirilməsi.
- Bankdaxili normativlərin qorunması istiqamətində hesabatlığın yaradılması.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi tapşırıqların icrası.
Sizin barənizdə:
- Texniki bacarığı: SQL,Excel,data analitikası üzrə yüksək səviyyədə biliklər mütləqdir.
- Peşəkar sertifikatlar: SQL,Excel və ya ekvivalent data analitikası üzrə sertifikatın olması arzu olunandır.
- Sahə üzrə iş təcrübəsi: Bank sahəsində minimum 1 illik təcrübəyə malik olmaq.
- Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı,ingilis,rus dillərini bilmək isə arzu olunandır.
- Digər səriştələr: Analitik düşüncə tərzi,komanda daxilində iş bacarığı, detallara qarşı diqqətli, ünsiyyətçil, məsuliyyətli olmaq və səliqəli sənədləşmə bacarığı mütləqdir.
İşə qəbul prosesi:
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
- Yekun müsahibə
Bizimlə işləməyin üstünlükləri:
- Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- İş modeli: Hibrid
- Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var.
- Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.
Namizədlər üçün sosial media bağlantıları.
Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.