Pərakəndə Biznesə Dəstək Departamentinin Müştəri Müraciətləri Texniki Dəstək şöbəsi şöbəsində Kiçik mütəxəssis
Ümumi məlumat
Kapital Bank namizədləri Pərakəndə Biznesə Dəstək Departamentinin Müştəri Müraciətləri Texniki Dəstək şöbəsi şöbəsinin Kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Filial və şöbələrdə məhsul və xidmətlərin göstərilməsi zamanı, Bankın interfeys sistemlərində yarana biləcək düzəliş ehtiyaclarının, müvafiq sistemlər vasitəsilə təqdim olunacaq funksionallıqdan istifadə edərək dəstək göstərilməsi;
• Dövrü olaraq riyazi və statistik üsullardan istifadə edərək şöbə üzrə icra olunan proseslərin təhlil olunması;
• İcra etdiyi proseslər üzrə təkmilləşdirmə ehtiyaclarının müəyyən edilməsi və bu ehtiyaclara dair müvafiq sahələrin məlumatlandırılması;
• Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.
Tələblər
• İT sahəsi üzrə ali təhsilin olması;
• Helpdesk və ya İT sahəsi üzrə təcrübə;
• Xüsusilə ilkin Java və/vəya SQL bilikləri arzuolunandır;
• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə ingilis dili və rus dili;
• Kompüter biliyi: yüksək səviyyədə MS Office bilikləri;
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.