Qiymətləndirmə və motivasiya şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Qiymətləndirmə və motivasiya şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Bankın Qiymətləndirmə siyasətinin və karyera inkişafı üzrə qaydaların təkmilləşdirilməsi;
• Bank əməkdaşlarının iş fəaliyyətinin dəyərləndirilməsi və dəyərləndirmə nəticələrinə əsasən mükafatların ödənilməsinin təmin edilməsi;
• Bank əməkdaşlarının iş fəaliyyəti ilə bağlı analizlərin aparılması;
• Əməkdaşların karyera inkişafı ilə bağlı qiymətləndirilmələrin aparılmasının təmin edilməsi;
• Bankdaxili motivasiyanın ölçülməsi və müvafiq motivasiya istiqamətlərinin müəyyən edilməsi;
• Bankda qeyri-maddi motivasiya üzrə tədbirlərin və komanda quruculuğu layihələrinin təşkil edilməsi;
• Maddi və qeyri-maddi motivasiya sisteminin təkmilləşdirilməsi.
Tələblər:
• Ali təhsilin olması;
• Sahə üzrə 4 ildən artıq iş təcrübəsi;
• Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
• Komandada işləmə bacarığı;
• Dəqiqlik, detallara qarşı diqqətlilik.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.