Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Korporativ Kreditlərinin Təhlili Şöbəsinin Kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Müştərilərin maliyyə və biznes təhlilini aparmaq;
• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
• Kredit portfellərinin, gecikmələrin çıxarışları, maliyyə hesabatlarının hazırlanması.
Tələblər
• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
• Analitik düşünmə qabiliyyəti;
• Yüksək səviyyədə Excel bacarığı;
• SQL üzrə biliklər;
• Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• Rus və İngilis dili biliklərinin olması arzuolunandır;
• Bank sahəsində müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.