Birbaşa satışlar bölməsində Kiçik mütəxəssis
Son tarix 28 apr 2022
Öhdəliklər:
-
Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
-
Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;
-
Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirilməsi;
-
Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
-
Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, Bankın filiallarına yönləndirilməsi;
-
Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
-
Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.
Tələblər:
-
Ali təhsil;
-
Məsuliyyətlilik;
-
Operativlik;
-
Qərar qəbuletmə bacarığı;
-
Kollektivdə işləmə bacarığı;
-
Müştərilərlə danışma qabiliyyəti;
-
Microsoft Office proqramları üzrə biliklər.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.