Məhkəmələrlə iş şöbəsinin hüquqşünası
Son tarix 02 mar 2022
Azərbaycanın ən böyük bankı - İŞÇİLƏR TOPLAYIR - VAKANSİYALAR
"Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
Öhdəliklər:
-
Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
-
Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
-
Kreditlər üzrə gecikmə müddətinə dair bankdaxili qaydaların tələbinə uyğun olaraq müəyyən edilmiş gündən artlıq gecikməsi olan problemli kreditlər üzrə borcalanlarla danışıqlar apararaq kreditlərin ödənilməsini təmin edir;
-
Problemli kreditlərin problemə düşməsinin səbəblərini araşdırır, kreditin cari vəziyyəti haqqında Departament direktoruna müvafiq hesabatlar təqdim edir;
-
Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiyanın edilməsinə dair təkliflər verir.
-
İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində bankı nümayəndə qismində təmsil edir;
-
Apellyasiya şikayətlərini və apellyasiya instansiyasında digər şikayət və ərizələri hazırlayıb aidiyyatı üzrə göndərir.
-
Hüquq mühafizə orqanlarından Banka daxil olan sorğu və müraciətlərə baxır və qanunvericiliyə müvafiq cavablar hazırlayır.
Tələblər:
-
Ali təhsil
-
Dəqiqlik, detallara qarşı diqqətlilik
-
Dürüstlük, tapşırılan işi dürüstlüklə icra etmək
-
Sahə üzrə 1-3 il iş təcrübəsi.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət eldə bilərsiniz.