Ümumi məlumat:
Kapital Bank namizədləri Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Daxili mühasibatlıq şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Bankdaxili ödəniş tapşırıqlarının icra olunması;
• Aparılmış ödənişlərin filialların müvafiq xərcinə aid edilməsi;
• Əsas vəsaitlərin uçotu ilə bağlı müvafiq müxabirləşmələrin verilməsi;
• Anbar proqramı üzrə mal-material uçotunun aparılması;
• Hər bir əməliyyat gününün sənədlərinin yoxlanılması və müvafiq qovluqlara tikilməsi;
• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edilməsi.
Tələblər:
• Ali iqtisadi təhsil;
• Bank işi sahəsində ən azı 1 illik təcrübənin olması;
• Yüksək MS Excel bilikləri;
• Operativ və məsuliyyətli olması.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.