Ümumi məlumat:
Kapital Bank namizədləri Hüquq və komplayens idarəsinin Fraud və dələduzluğa qarşı mübarizə şöbəsinin Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Daxil olan müraciətlərin araşdırılması;
• Bank məhsullarının və xidmətlərinin mütamadi olaraq təhlil edilməsi;
• Bank əməliyyatlarının təhlili;
• Bakı şəhəri və bölgələrdə olan filiallarda mütamadi olaraq monitorinqlərin keçirilməsi;
• Bankda baş verən əməliyyatların monitorinqi ;
• Fraud ehtimalı olan müraciətlərin araşdırılması ;
• Şübhəli kart əməliyyatlarının araşdırılması ;
• Biznes proseslərdə fraud hallarının müəyyən edilməsi və araşdırılması ;
• Daxil olan kredit müraciətlərində fraud hallarının araşdırılması.
Tələblər:
• Ali təhsil ( maliyyə nəzarəti, mühasibat uçotu və audit üzrə təhsil arzuoluanandır);
• Analitik düşüncə və yüksək analiz qabiliyyəti;
• Yüksək kommunikasiya qurma bacarığı ;
• Bank qanunvericiliyi barədə biliklər;
• Azərbaycan dilində sərbəst danışmaq bacarığı (rus dili və ingilis dili arzuolunandır);
• Məsuliyyətlilik;
• Operativlik;
• Kollektivdə işləmə bacarığı;
• Müştərilərlə danışma qabiliyyəti.
• SQL biliyi arzuolunandır;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.