Ümumi məlumat
Kapital Bank namizədləri Korporativ və KOS satışlar idarəsinin Korporativ satışlar departamentinin Sənədli əməliyyatlar şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Sifariş olunan qarantiya və akkreditiv üzrə alqı satqı müqaviləsinin yoxlanılması;
• Qarantiya məktublarının müştərinin sifarişi əsasında hazırlanması;
• Akkredirivlərin draft formasının hazırlanması və (tələb olunarsa) benefisiarla razılaşdırılması;
• Müştərilərə qarantiya və akkreditivlər üzrə konsultasiya verilməsi
Tələblər
• Ali təhsil;
• Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
• Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.