Banner

Vakansiyalar

"Kapital Bank" işçi axtarır - VAKANSİYA

"Kapital Bank" işçi axtarır - VAKANSİYA | FED.az
20:35 8 Aprel 2021

Problemli Kreditlərin İlkin Təqibi Departamentinin Təhlil və dəstək şöbəsinin Digər problemli kreditlər ilə iş bölməsində Biznes Kreditlərinin Təqibi üzrə Mütəxəssis

Ümumi məlumat

Kapital Bank namizədləri Problemli Kreditlərin İlkin Təqibi Departamentinin Təhlil və dəstək şöbəsinin Digər problemli kreditlər ilə iş bölməsində Biznes Kreditlərinin Təqibi üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana zəng edilməsi;
• Gecikməyə düşmüş kreditlərlə bağlı borcalan, zamin və girov qoyanla Bankda və ya onların ünvanlarında görüşlərin keçirilməsi;
• Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana rəsmi bildirişlərin göndərilməsi;
• Müştərilərlə qarşılıqlı razılıq əsasında məhkəmədən kənar qaydada girov(lar)a tutma yönəldilməsi ilə bağlı tədbirlər görülməsi;
• Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi;
• Borcalanın cari tarixə maliyyə vəziyyətinin qiymətləndirilməsi;
• Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi və s.

Tələblər

• Ali təhsil (Maliyyə və Hüquq ixtisaslarına üstünlük verilir);
• 1 il iş təcrübəsi;
• Kompüterdə işləmək bacarığı;
• Problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı;
• Danışıq qabiliyyətinin yüksək olması;
• Dəqiqlik;
• Təmkinlilik.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Banner

Digər xəbərlər