Banner

Vakansiyalar

"Kapital Bank" işçi axtarır - VAKANSİYA

"Kapital Bank" işçi axtarır - VAKANSİYA | FED.az
19:47 18 Mart 2021

Kapital Bank namizədləri Bərdə, Şirvan, Masallı, Cəlilabad, İmişli, Gəncə, Goranboy, Ağcabədi, Zaqatala, Göyçay, Salyan, Tovuz və Sabiarabad fillialarında Mikro kreditlər bölməsinin kiçik mütəxəssisi/mütəxəssisi vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər :

• Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək
• Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək
• Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
• Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq
• Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək
• İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
• Görülmüş işlər üzrə hesabatlar vermək.

Tələblər :

• Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
• Səlis Azərbaycan dili;
• Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
• Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
• Tələb olunan sahə üzrə iş stajı təklif edilən vəzifəyə görə dəyişir (minimum 1 il)

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Banner

Digər xəbərlər