Banner

Vakansiyalar

"Kapital Bank" işçi axtarır - VAKANSİYA

"Kapital Bank" işçi axtarır - VAKANSİYA | FED.az
19:12 8 Mart 2021

Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Pərakəndə satış Departamentinin Rəqəmsal satış şöbəsinin Mütəxəssisi/Aparıcı Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Bank sahəsində yeni ideya və texnologiyaları araşdırmaq və təkliflər formalaşdırmaq;
• Ölkə daxili və xarici bazarların araşdırılması və dayanıqlı rəqəmsal məhsullar üzrə təkliflər hazırlanması;
• Satış və xidmət proseslərinin rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq;
• Yeni satış texnikalarının və kanallarının formalaşdırılması;
• Təklif və istəklərin toplanaraq aidiyyəti strukturlarla müzakirə edilməsi.

Tələblər:

• Ali təhsil;
• Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Microsoft Office proqramları üzrə biliklər;
• Məsuliyyətlilik, dəqiqlik və operativlik;
• Təzyiq altında işləmə qabiliyyəti;
• Təqdimat bacarıqları;
• Qərar qəbuletmə bacarığı;
• Ünsiyyətcil və kollektivdə işləmə bacarığı;
• Bank və ya online satış sahəsində təcrübə arzuolunandır.

Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyatdan keçərək, vakansiyamıza müraciət edə bilərsiniz.

Banner

Digər xəbərlər