K Group
Risklərin idarə edilməsi üzrə menecer
Son tarix 29 yan 2025 - [email protected]
İş şəraiti:
- Şəhər: Bakı
- Əmək haqqı: razılaşma yolu ilə
- İş rejimi: 09:00 – 18:00. Həftənin 5 günü.
İş barədə məlumat:
- Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
- Risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib etmək;
- Risk skorinq modellərinin hazırlanmasında iştirak etmək;
- Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirmək;
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən alınmış məlumatları təhlil etmək;
- İnsidentlərin idarə olunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
- Сəmiyyətin struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
- Daxili audit komandası tərəfindən aşkarlanmış audit çatışmazlıqların aradan qaldırılmasında iştirak etmək.
Namizədə tələblər:
- İqtisad sahəsində ali təhsilin olması;
- Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət sahəsində ən azı 1-3 il iş təcrübəsi;
- Rus və ingilis dilləri arzu olunandır.;
- Microsoft Office və digər proqramlar;
- Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
Müraciət etmək üçün CV formanızı mövzu hissəsinə “Risklərin idarə edilməsi üzrə menecer” yazaraq mail adresinə göndərə bilərsiniz.