Jet Sharing
Skuterlərin yerləşdirilməsi üzrə sahə işçisi
Son tarix 01 may 2025 - [email protected]
JET şəhərimizin əksər sakinləri və qonaqları üçün adi nəqliyyata çevrilən mavi elektrik skuterləridir.
Nə etməli:
- Skuterləri əlçatmaz yerlərdən çıxarıb, onları dayanacaqlara qoymaq və skuterlərin dayanacaqlardan kənarda olmadığına əmin olmaq (iş zamanı skuterimizdə hərəkət edirsiniz)
- Rəhbərin göstərişlərini yerinə yetirmək, hesabat vermək
Bunun üçün nə lazımdır:
- Android OS ilə işləyən telefon tələb olunur .
- Azərbaycan və rus dillərini bilmək
Nə alacaqsınız:
- İş qrafiki 6/1, növbə - 09:00-dan 18:00-a qədər və ya 12:00-dan 21:00-dək
- Əmək haqqı - 600 AZN-dən
- Əmək haqqının gecikdirilmədən sabit ödənilməsi
- Köçürmə, karyera yüksəlişi, o cümlədən rəhbər vəzifələrə keçmə imkanı
- Menecerlər və təcrübəli həmkarlar tərəfindən işin bütün mərhələlərində tam dəstək.
Vakansiya ilə maraqlananlar öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər
Texnik köməkçisi
Son tarix 01 may 2025 - [email protected]
Nə etməli olacaqsınız:
- Əyləc tənzimlənməsi
- Boltun bərkidilməsi
- Qüsurlu hissələrin dəyişdirilməsi
Nə lazımdır:
- Təcrübənin sonunda korporativ proqrama qoşulmaq üçün Android telefonunuz olmalıdır(Android olmadan işləyə bilməyəcəksiniz)
- İstənilən avadanlığın təmirində təcrübə, əsas odur ki, alətlərdən necə istifadə etməyi biləsiniz və təmirdə təcrübəniz olmalıdır (iş öyrədilir)
- Məsuliyyətli olmaq
- Yaş: 18-35
Nə əldə edəcəksiniz:
- Əmək haqqı 700 manat
- Şəxsi iş yeri
- İş saatı 6/1, 9:00-18:00
- Stabil maaşın ayda 2 dəfə ödənilməsi
- Bütün iş avadanlığı və alətləri hər bir işçiyə verilir, fərdi iş yerləri (stollar, dəzgahlar)
- Yemək və paltar dəyişmək üçün təchiz olunmuş yerlər verilir
Baza Ziya Bünyadov pr 111 ünvanında yerləşir