İteam Group
Layihələrin İdarə Olunması üzrə Mütəxəssis (Ezamiyyətli Texniki İşlər)
Son tarix 12 iyn 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin bölgələrdə həyata keçirdiyi texniki layihələrin idarə olunması və icrasına nəzarət
- Ezamiyyətlər zamanı obyektlərdə texniki işlərin koordinasiyası və yerində təşkil olunması
- Təhlükəsizlik sistemləri (kamera müşahidə, şlaqbaum, turniket, access control, siqnalizasiya və s.) üzrə quraşdırma və texniki xidmət proseslərinə rəhbərlik
- Layihə üzrə işçi heyətinin (montajçılar, texniki personal və s.) iş bölgüsünün aparılması
- Obyektdə görüləcək işlərin planlanması, icra müddətlərinin təyin edilməsi və icra qrafikinin hazırlanması
- Görülən işlərin keyfiyyətinə nəzarət və texniki standartlara uyğunluğun təmin edilməsi
- Layihə sənədlərinin hazırlanması və icra prosesində hesabatların təqdim olunması
- Müştəri ilə əlaqələrin idarə olunması, obyekt üzrə texniki problemlərin operativ həlli
- Material və avadanlıqların düzgün seçilməsi, tələb olunan ehtiyacların müəyyən edilməsi
- Layihələrin təhvil-təslim mərhələsində iştirak və sənədləşmə işlərinin aparılması
Tələblər:
- Yaş: 30 – 45
- Təhsil: Ali və ya orta ixtisas (texniki sahə üstünlükdür)
- İ.T. və texniki sistemlər üzrə layihə idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi
- Təhlükəsizlik sistemləri üzrə real təcrübə (kamera sistemləri, şəbəkə avadanlıqları, giriş-çıxış sistemləri və s.)
- Ezamiyyətlərdə işləmək imkanı və bölgələrə tez-tez səfər edə bilmə
- Komanda idarəetmə bacarığı və məsuliyyətli yanaşma
- Texniki problemləri analiz etmə və operativ qərarvermə bacarığı
- MS Office bilikləri (Excel, Word)
- Layihə planlama və hesabat hazırlama bacarığı
- Sürücülük vəsiqəsi (B kateqoriyası) üstünlükdür
- Azərbaycan dili səlis, Rus dili üstünlükdür
Şəxsi keyfiyyətlər:
- Yüksək məsuliyyət və intizam
- Stressə davamlılıq və çevik qərarvermə
- Ünsiyyət qurma və idarəetmə bacarığı
- Ezamiyyət şəraitində işləməyə uyğunluq
- Texniki düşüncə və detallara diqqət
İş şəraiti:
- İş yeri: Bakı + bölgələrə ezamiyyət
- İş qrafiki: Tam ştat (Full-time)
Şirkət tərəfindən təklif olunur:
- 1500 – 2000 AZN NET əmək haqqı (təcrübəyə uyğun təyin olunur)
- Stabil və uzunmüddətli iş imkanı
- Ezamiyyət xərclərinin şirkət tərəfindən qarşılanması
- Karyera inkişafı və peşəkar mühit
- Layihələr üzrə bonus və əlavə motivasiya imkanları (iş nəticəsinə görə)
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihələrin idarə olunması üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.
E-mail: [email protected] / [email protected]
Əlaqə: (+994) 10 239 66 54















