İsmixanlı MMC
Aqronom köməkçisi (Qusar)
Son tarix 26 iyl 2024 - [email protected]
Öhdəliklər:
- Bağların salınması və becərilməsi üçün texnoloji prosesləri müəyyənləşdirmək;
- Meliorativ tədbirlərin həyata keçirilməsi üçün planlar hazırlamaq;
- Torpağın tərkibini və vəziyyətini nəzərə alaraq müxtəlif torpaq sahələrində məhsul becərmə üsullarını müəyyənləşdirmək;
- Gübrələri və becərmə üçün tələb olunan digər materialları müəyyənləşdirmək və təklif etmək;
- Becərmə və yığım müddətlərinin vaxtlarının qrafikini tərtib etmək;
- Gübrələmə prosesini müəyyən etmək;
- Torpağın düzgün istismarı və qorunması üçün üsullar hazırlamaq;
- Müvafiq kimyəvi maddələrin və gübrələrin düzgün istifadəsini həyata keçirmək;
- Mütəmadi olaraq bağları monitorinq etmək;
- Xəstəlik, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirləri aparmaq;
- Alaq otlarıyla, zərərvericilərlə, xəstələnmə və zəhərlənmə səviyyəsindən asılı olaraq optimal mübarizə tədbirləri seçmək və tətbiq etmək;
- Uçot və hesabatın aparılması;
Namizədə tələblər:
- Ali təhsil(Göstərilən sahə üzrə) ;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər;
- Microsoft Office (Word, Excel, Outlook, Power Point) proqramlarını istifadə bacarığı;
- Dürüstlük, məsuliyyətlilik və çeviklik;
- Öyrənməyə və araşdırmağa həvəsli.
- Qusar rayonu və ona yaxın ərazilərdə yaşayanlara üstünlük verilir;
- Yaş həddi ( 22-35 yaş)
Kadrlar üzrə kiçik mütəxəssis
Son tarix 25 iyl 2024 [email protected]
Vəzifə və öhdəlikləri:
- Aylıq iş vaxtının uçot tabellərin hazırlanması və əmək haqqının hesablanması;
- İşçi məlumatlarının 1 C proqram bazasına daxil edilməsi ;
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
- Məzuniyyət qrafikinin tərtib edilməsi ;
- İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
- Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
Xüsusi tələblər:
- Təhsil -Ali təhsil
- Müvafiq vəzifə üzrə 3 il təcrübə;
- Yaş həddi 25-40;
- MS Office (Word, Excel,Outlook-yaxşı);
- 1 C 8.3
- Məsuliyyətlilik;
- Effektiv ünsiyyət;
- İş yeri – Qusar rayonu
- İş vaxtı – 6 günlük