İsmayıllı Şərab-2 ASC (Chabiant Winery)
Brend nümayəndəsi (Brand Representative)
Son tarix 06 mar 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Brendi şirkətin dəyərlərinə uyğun şəkildə peşəkar formada təmsil etmək
- Məhsul və ya xidmətlər haqqında müştərilərə düzgün, aydın və tam məlumat vermək
- Müştərilərlə ünsiyyət qurmaq, sualları cavablandırmaq və ehtiyaclarını müəyyən etmək
- Satış prosesini dəstəkləmək və satış hədəflərinə çatmağa töhfə vermək
- Brend imicinin qorunması və gücləndirilməsi
- Aksiya, kampaniya və təqdimatlarda aktiv iştirak etmək
- Rəqib məhsullar və bazar vəziyyəti haqqında məlumat toplamaq
- Müştəri rəylərini və şikayətləri rəhbərliyə çatdırmaq
- İş qrafikinə və daxili qaydalara riayət etmək
- Gündəlik / həftəlik hesabatların hazırlanması (əgər tələb olunursa)
- Degustasiyalar, təqdimatlar təşkil etmək (Şərab Günü)
- Zəruri hallarda ezamiyyətə getmək (xarici və ölkədaxili)
Tələblər:
- 20-30 yaş
- Ali təhsil (WSET, Sommelier sertifikatı, şərab, içki və ya HoReCa sahəsində keçirilmiş ixtisasartırma təlimləri və ya əlaqəli sahələr üzrə üstünlük verilir)
- Azərbaycan dili,rus və ingilis dili (digər dillər üstünlükdür)
- Yaxşı kommunikasiya, nitq və təqdimat bacarığı
- Təşkilatçılıq qabiliyyəti və detallara diqqət
- MS Office və digər ofis proqramlarında yaxşı bilik
- Zəruri hallarda ezamiyyətə getmək inkanı (xarici və ölkədaxili)
- Səyyar işləməyə hazır olmaq (restoranlar, tədbirlər)
- Nəticə yönümlü və məsuliyyətli olmaq
İş şəraiti
- İş yeri: Bakı şəhəri.
- İş rejimi: Tam ştat.
- İş qrafiki: 5 günlük iş rejimi (8 saat - razılaşdırılmış)
- Əmək haqqı: 1000 AZN – 1500 AZN (Nett)
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Uyğun namizədlər CV-lərini “Brend nümayəndəsi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız fotoşəkilli olan CV-lərə baxılacaq!











