ISR Holding
Baş mühasib (istəhsalat şirkəti)
Son tarix 05 apr 2024 - [email protected]
İş barədə məlumat (Vəzifə öhdəlikləri):
- 1C 8.3 ERP proqramında bütün növ əməliyyatların aparılması və mühasibat yazılışlarının verilməsi.
- Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi.
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi,ezamiyyə və avans hesabatlarının hesablanması.
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
- Vergi və mühasibat uçotun aparılması.
- Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların icra edilməsi.
- Qaimə və hesab fakturaların yazılması və üzləşmə aktların tərtib edilməsi.
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək.
- Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar
- Maliyyə məlumatlarının təhlili və maliyyə hesabatlarının hazırlanması
- Mühasibat uçotu məlumatlarının düzgün dövriyyəsini təmin etmək və problemləri mütəmadi olaraq həll etmək
- Müəyyən edilmiş son tarixə qədər hər ay üçün ay bağlanmasını və idarəetmə hesablarının (P&L, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Balans hesabatı) hazırlanmasını təmin etmək.
- İnventarizasiya prosesində iştirak etmək və mal qalıqlarında yaranmış uyğunsuzluqların araşdırılması.
- 6 günlük iş qrafiki
- AR Əmək məcəlləsinə uyğun sənədləşmə.
- İş yeri Qala qəsəbəsində yerləşir
Namizədə tələblər:
- Təhsil – Ali iqtisadi təhsilli (Maliyyə, Mühasibat uçotu və audit) arzuolunandır.
- Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı (rus ve ingilis dili bilənlərə üstünlük veriləcəkdir).
- Baş mühasib vəzifəsində minimum 2 ilədək iş ştajı olması arzuolunandır.
- 1C və ofis proqramları ilə sərbəst işləmə bacarığı.
- Bütün növ vergi, dsmf və digər hesabat formaları ilə iş təcrübəsi,
- Maliyyə uçotu standartlarına əsasən Maliyyə hesabatlarının Balans, PL (Mənfəət və Zərərin hesabatı), Cash Flow (Pul vəsaitlərinin hərəkəti hesabatı) , Kapitalın hərəkəti hesabatının tərtib etmə və analiz edə bilmə
- 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi .
- Əmək haqqının hesablanması , ödənilməsi , dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları həyata kecirilməsi və nəzarəti.
- Vergi, əmək qanunvericiliyi üzrə biliklər.
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrasını təmin etməli.