Irshad Electronics
İcraçılarla iş üzrə mütəxəssis
Son tarix 30 iyn 2024 - [email protected]
Vəzifə və öhdəliklər:
- Məhkəmə orqanlarının qüvvəyə minmiş qərarlarının icrası ilə bağlı icra orqanlarında şirkətin adından çıxış etmək, zəruri hallarda sorğular vermək
- İcraatında olan icra işinin gedişatına nəzarət etmək, o cümlədən aylıq ödənişlərə nəzarət etmək, portfel üzrə hədəf qoyulmuş aylıq ödənişləri təmin etmək, lazım olan məktub və sorğuları hazırlamaq, borclularla mütəmadi əlaqə saxlamaq
- Borclularla bağlı qanunvericiliyə uyğun olaraq məcburi icra tədbirlərinin icrasına nəzarət və icrasını tələb etmək.
Tələblər:
- Yaş: 25- 45 yaş arası;
- Cinsi: Kişi;
- Azərbaycan dili səlis, rus dilini bilməsi arzuolunandır;
- Problemli kreditlər və məhkəmə icra orqanları ilə minimum iş təcrübəsi
- Komandada və borclularla işləmək bacarıqları;
- Analitik zəkalı, məntiqi və riyazi hesablama aparmaq bacarıqları;
- Güclü kommunikasiya bacarıqları;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarıqları;
- Bank və ya bank olmayan kredit təşkilatında (problemli kredit mütəxəssisi və icraçılarla iş şöbəsinin mütəxəssisi vəzifəsində) iş təcrübəsi arzuolunandır
CV-ləri şəkil əlavə etməklə mövzü bölməsində “İçraçılarla iş şöbəsi” qeyd edərək e-mail ünvanına göndərin.