“İrşad Elektronics” MMC Cəlilabad, Yevlax, Gəncə, Tovuz, Bərdə, Xaçmaz, Göyçay, Şəmkir, Lənkəran, Qəbələ, Quba, Masallı, Mingəçevir və Mehdiabad əraisi üzrə aşağıda qeyd edilmiş vakansiya üzrə əməkdaş axtarışındadır:
Kredit mütəxəssisi
Vəzifə və öhdəliklər:
- Müştəriyə kredit məhsulları haqqında məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına dair xidmətlər;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
- Yaş: 22-30 arası;
- Cinsi: Kişi;
- Azərbaycan dili səlis, rus dilini bilməsi arzuolunandır;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada və müştərilərlə işləmək bacarıqları;
- Analitik zəkalı, məntiqi və riyazi hesablama aparmaq bacarıqları;
- Güclü kommunikasiya bacarıqları;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarıqları;
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) iş təcrübəsi arzuolunandır (vacib deyil)
İş şəraiti:
- İş yeri: “İrşad Electronics” MMC-nin filialları;
- İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə aparılır;
- Əməkhaqqı: 600 AZN+ bonus.
E-mail: [email protected]