Invest AZ QSC
Treyder-Analitik
Son tarix 16 yan 2023
Namizədə tələblər:
- Maliyyə, mühasibatlıq, biznes və ya əlaqəli sahədə bakalavr dərəcəsi. Magistr təhsili arzuolunandır;
- Maliyyə bazarlarının iş prinsipi ilə bağlı biliyə malik olmalıdır;
- Qiymətləndirmə bacarığı, xüsusilə sabit gəlirli qiymətli kağızlar haqqında biliyə malik olmalıdır;
- İT və riyaziyyat üzrə bilik arzu olunandır;
- Mürəkkəb tapşırıqların öhdəsindən gəlmə bacarığı;
- Yüksək analitik qabiliyyət;
- Səlist danışıq qabiliyyəti.
- Dil biliyi: Rus və İngilis dili
Əsas vəzifələr:
- Müştərilərə investisiya məsləhətlərinin verilməsi;
- Müştərilərin investisiya portfellərinin idarə edilməsi;
- Müştərilərə investisiya portfellərinin vəziyyəti ilə bağlı mütəmadi olaraq yeniliklərin təqdim edilməsi;
- Müştəriləri qiymətli kağızlar bazarında yaranmış yeni investisiya imkanları haqqında məlumatların təqdim edilməsi;
- Müvafiq olaraq bazar şərtlərinə əsasən investisiya strategiyalarında dəyişikliklərin edilməsi;
- Maliyyə hesabatlarının düzgün qiymətləndirilməsi;
- Ən son maliyyə xəbərlərindən xəbərdar olmaq;
- Soyuq zənglər əsasında müştərilərin axtarışı.
İş saatları: 09:00-18:00;
Nahar fasiləsi: 13:00- 14:00;
İstirahət günləri: Altı, Bazar;
Tibbi sığorta;
AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
Nahar şirkət tərəfindən təqdim edilir.
Diqqət: CV "Treyder-Analitik" başlığı altında göndərilməlidir.