Invest AZ QSC
İT Admin
Son tarix 28 sen 2025 - Müraciət et
Tələblər:
- Təhsil: Ali təhsil;
- Dil bilikləri: İngilis dili, Rus dili - texniki sənədləri oxuyub-anlama və yazışma səviyyəsində;
- TCP/IP, NAT, STP, VLAN, VPN, subnetting üzrə biliklər;
- Active Directory, DNS, DHCP, Group Policies, File/Print Server, Windows Server 2016R2–2019 üzrə təcrübə;
- Ethernet, TCP/IP, VLAN, Wi-Fi texnologiyaları üzrə biliklər;
- Şəbəkə kabellərinin (Cat5e, Cat6, Cat6a) çəkilməsi və test olunması bacarığı;
- IP kamera və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə təcrübə;
- Yeni nəsil firewall avadanlıqları (NGFW) üzrə biliklər;
- Şəxsi keyfiyyətlər: Komanda ilə işləmə və effektiv ünsiyyət bacarığı.
Vəzifə öhdəlikləri:
- Yeni kompüterlərin quraşdırılması və domenə qoşulması;
- Kompüter, noutbuk, printer, IP telefon, NVR və digər avadanlıqları quraşdırılması, sazlanması və nasazlıqların aradan qaldırılması;
- İşçilərin təhvil-təslim prosesi zamanı İT avadanlıqlarının yoxlanılması;
- Kompüter şəbəkələrində yaranmış problemlərin diaqnostikası, aradan qaldırılması və şəbəkənin monitorinqi;
- Lokal şəbəkələrin qurulması və sazlanması;
- UPS cihazlarının nəzarətdə saxlanılması;
- Xerox və HP printerlərin quraşdırılması, sazlanması, tonerlərin dəyişdirilməsi;
- Hikvision kamera və NVR sistemlərinin quraşdırılması və sazlanması;
- Switch-lərin konfiqurasiyası (VLAN, Access, Trunk, SNMP);
- Windows 10/11, MacOS yazılması və yenilənməsi;
- Microsoft Office sazlanması və istifadəçilərə texniki dəstək;
- Şirkətin İT xidmətlərinin səmərəli və fasiləsiz fəaliyyətinə dəstək göstərilməsi;
- Kompüter proqramlarından səmərəli istifadə əsasında departament işinin optimallaşdırılması;
- Yeni serverlərin, avadanlıqların, periferik cihazların, xidmətlərin və parametrlərin layihə/əməliyyat tələblərinə uyğun quraşdırılması;
- Sorğu əsasında əməliyyat sistemlərində və elektron poçt sistemində istifadəçi hesablarının yaradılması, dəyişdirilməsi və silinməsi.
Təklif edirik:
- İş saatları: 09:00 - 18:00;
- İstirahət günləri: Şənbə və Bazar;
- Nahar: Şirkət tərəfindən təmin olunur;
- Tibbi sığorta: Təmin edilir.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.
Backend Developer
Son tarix 28 sen 2025 Müraciət et
Tələblər:
- PHP 7.4+ və yüksək OOP bilikləri;
- MVC Pattern prinsipləri ilə tanışlıq;
- ORM — Eloquent, Doctrine və s. ilə işləmə təcrübəsi;
- Frameworklər: Phalcon, Laravel və ya Symfony üzrə təcrübə;
- SOLID prinsipləri barədə fundamental biliklər;
- MySQL 5.6+ — Index, normalizasiya, replikasiya və kompleks sorğuların yazılması;
- Cache və NoSQL: MongoDB, Redis, Memcached, APCu ilə tanışlıq;
- Unit Test — PHPUnit, PHPSpec və ya Behat ilə test yazma bacarığı;
- Composer — PHP layihələrinin idarəsi və paketlərlə işləmə üzrə əsas biliklər;
- Şəxsi keyfiyyətlər: Komanda ilə işləmə və effektiv ünsiyyət bacarığı;
- Dil bilikləri: İngilis dili - minimum texniki sənədləri anlayacaq səviyyədə.
Üstünlük verilir:
- ElasticSearch – Axtarış sistemlərinin qurulması və optimizasiyası bacarığı;
- Queue Management – Redis, RabbitMQ, SQS və s. ilə növbə idarəsi qabiliyyəti;
- Continuous Integration (CI/CD) üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Yeni layihələrin fərdi və ya komanda ilə hazırlanması;
- Mövcud layihələrin dəstəklənməsi və inkişaf etdirilməsi;
- Tapşırıqların vaxtında və keyfiyyətli icrası.
Təklif edirik:
- İş saatları: 09:00 - 18:00;
- İstirahət günləri: Şənbə və Bazar;
- Nahar: Şirkət tərəfindən təmin olunur;
- Tibbi sığorta: Təmin edilir.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.