Invest AZ QSC
Audit üzrə mütəxəssis
Son tarix 17 mar 2025 - Müraciət et
Namizədə tələblər:
- Təhsil: Ali (İqtisadi təhsil);
- İş təcrübəsi: 4 il;
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - orta;
- Kompüter bilikləri: Yüksək;
- Maliyyə Bazarları sahəsində qanunvericiliyə dair biliklər.
Səriştələr:
- Analitik düşünmə və detallara diqqət yetirmək bacarığı;
- Araşdırma və təhlil üçün lazım olan məlumatları toplamaq bacarığı;
- Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarığı;
- Məlumatların yazılı/şifahi təqdim etmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətin aktivlərinin idarə edilməsini və xərclərin effektivliyini qiymətləndirmək, optimallaşdırma üzrə tövsiyələr vermək;
- Maliyyə hesabatlarının dəqiqliyini, tamlığını və etibarlılığını yoxlamaq, mümkün uyğunsuzluqları müəyyən etmək;
- Risklərin və boşluqların aşkar edilməsi, onların qarşısının alınması üçün adekvat tədbirlərin tövsiyə olunması;
- Şirkətin informasiya sistemləri və avtomatlaşdırılmış əməliyyat proseslərinin effektivliyini, adekvatlığını qiymətləndirmək və uyğunluğunu təmin etmək;
- Təsdiq olunmuş audit prosedurlarına əsasən audit prosesini həyata keçirmək və yüksək keyfiyyətli xidmət səviyyəsini qorumaq;
- Biznes proseslərinin daxili qaydalara və prosedurlara uyğun icrasını təmin etmək və nəzarət mexanizmlərini inkişaf etdirmək;
- Mövcud prosedurların təkmilləşdirilməsi istiqamətində təhlillər aparmaq və yenilənməsinə dair təkliflər vermək;
- Prosedur və təlimatlarda nəzərdə tutulan tələblərin düzgün icrasına nəzarəti davamlı şəkildə həyata keçirmək;
- Aylıq audit hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
Təklif edirik:
- İş saatları: 09:00-18:00;
- İstirahət günləri: Şənbə, Bazar;
- Nahar;
- Tibbi sığorta.