Invest AZ QSC
Daxili audit üzrə mütəxəssis
Son tarix 19 mar 2024 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
- Kompüter bilikləri: əla səviyyədə;
- Maliyyə Bazarları sahəsində qanunvericiliyə dair biliklər;
- Müvafiq sahə üzrə Beynəlxalq sertifikatı olanlara üstünlük veriləcəkdir.
Səriştələr:
- Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarığı;
- Analitik təhlil etmə bacarığı;
- Araşdırma və təhlil üçün lazım olan məlumatları toplamaq bacarığı;
- Məlumatların yazılı/şifahi təqdim etmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Audit Komitəsi tərəfindən təsdiq edilmiş daxili audit planı və proqramına uyğun olaraq Cəmiyyətin struktur bölmələrində audit yoxlamalarının həyata keçirilməsi;
- Cəmiyyətin daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin səmərəliliyinin (effektivliyinin) yoxlanılması, təhlil edilməsi və qiymətləndirilməsi;
- İcra edilən əməliyyat prosedurlarının müvafiq qanunvericilik, prosedur və qaydalara uyğun olmasının yoxlanılması;
- Mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;
- Aparılmış yoxlamalar nəticəsində aşkar edilmiş nöqsan, çatışmazlıq, risklərin aradan qaldırılması haqqında tədbirlər planının tərtib edilməsi və planın icrasına nəzarət edilməsi;
- Həyata keçirilmiş işlər barədə illik hesabatın, həmçinin fəaliyyətdən irəli gələn digər hesabat və sənədlərin tərtib edilməsi.
Təklif edirik:
- İş saatları: 09:00-18:00;
- İstirahət günləri: Şənbə, Bazar;
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
- Nahar;
- Könüllü tibbi sığorta.