International Oilfield Supply Co Ltd. (IOSC)
Mühasib
Son tarix 22 iyn 2026 - [email protected]
IOSC LTD olaraq Mühasib vakansiyası üzrə namizədləri komandamıza dəvət edirik.
İş şəraiti
- İş yeri: Bakı, Qaradağ
- Əmək haqqı: 1300–1500 AZN
- İş qrafiki: 5 günlük, 08:00-17:00
- Təminatlar: Nahar, tibbi sığorta və nəqliyyat servisi
Əsas vəzifələr:
- Mühasibat sənədlərinin düzgün və vaxtında hazırlanması;
- E-qaimə, hesab-faktura və digər sənədlərlə iş;
- Bank və kassa əməliyyatlarının icrası;
- Debitor və kreditor hesablaşmalarının aparılması;
- Vergi və mühasibat uçotu ilə bağlı gündəlik əməliyyatların icrası;
- Vergi və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər mühasibat tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
- Müvafiq sahədə minimum 2 il təcrübə
- 1C və MS Excel bilikləri
- Vergi və əmək qanunvericiliyi üzrə ilkin biliklər
- İngilis dili biliyinin olması arzuolunandır
- Məsuliyyətli və diqqətli yanaşma
Uyğun namizədlər CV-lərini mövzu hissəsində "Mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.















