Improve Group
Digital Marketinq mütəxəssis
Son tarix 10 apr 2025 - [email protected]
Tələblər:
- Google Ads, Facebook Ads və digər platformalarda hədəfli reklam kampaniyalarının qurulması və idarə edilməsi;
- Kampaniyaların analizi və nəticələrin optimallaşdırılması;
- Marketinq fəaliyyətləri ilə bağlı hesabatların hazırlanması;
- Restoran, təhsil və nəşriyyat sahələrində iş təcrübəsi;
- Marketinq üzrə ali təhsil (Magistr təhsili üstünlükdür);
- Azərbaycan dilini səlis bilməlidir və İngilis dili üstünlükdür;
- Ənənəvi marketing sahəsində minimum 2 il iş təcrübəsi;
- Analiz etmə və problemləri həll etmə bacarığı;
- Güclü analitik, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları;
- Mükəmməl ünsiyyət və müştəri xidməti bacarıqları;
- Sosial şəbəkələrdə reklam kampaniyalarının qurulması və idarə edilməsi təcrübəsi;
- Reklam kampaniyalarının nəticələrinin analiz edilməsi və effektivliyini artırmaq üçün optimallaşdırma bacarığı;
- Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər;
- Təzyiq altında işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Sosial media kanallarında (Meta, Instagram, LinkedIn, TikTok) reklamların idarə edilməsi və həftəlik brieflərin verilməsi;
- Kontentlərin hazırlanması, story paylaşımlarının vaxtında icra olunması;
- Google Search, Google Display, Google Analytics, Facebook Ads Manager, YouTube video reklamları, e-poçt və SMS marketinqi ilə əlaqəli bütün rəqəmsal marketinq fəaliyyətlərinin icra edilməsi;
- Məhsullar və kampaniyalar üzrə hədəf auditoriyasının müəyyən edilməsi (Düzgün Targetinqin qurulması və reklamın aktiv saatlarının müəyyən edilməsi), kampaniyaların yerləşdirilməsi və nəticələrin analiz edilməsi;
- ROI-nin (Return on İnvestment) artırılması üzrə reklam büdcələrinin optimizasiyası;
- Digital kanallar üzrə gələn trafiklərin ölçülməsi;
- Google va Meta üzrə aylıq hesabatların verilməsi;
- Vebsaytın SEO-ya optimizasiyası;
- Vebsayt üzərində olan problemləri təyin edib aradan qaldırılması üçün təkliflər etmək;
- Şirkətin brend və məhsul tanıtımında rəqəmsal trendlərin təqibi və tətbiqi;
- Reklamların düzgün hədəf kütləsinə çatdırılması və yüksək performanslı nəticələrin əldə edilməsi, e-mail marketinq;
- Rəqəmsal marketinq analitika alətləri vasitəsilə müştəri davranışlarının və reklam nəticələrinin analiz edilməsi;
- Sosial media kanallarında reklam strategiyasının qurulması, KPI-ların izlənməsi və optimallaşdırılması;
- İşlərin düzgün koordinasiyası və brieflərin effektiv icrasına nəzarət;
- Tədris sahəsindəki reklamların hədəfə uyğun hazırlanması və yüksək müraciətlərin təmin edilməsi;
- Həftəlik iclaslara qatılmaq və görülən işlər haqqında hesabat təqdim etmək;
- Ən yeni rəqəmsal marketinq trendlərini izləyərək yeniliklərin tətbiqi.
İş şəraiti:
- ARƏM uyğun işə qəbul;
- Nahar şirkət tərəfindən təmin olunur;
- 6 günlük iş qrafiki
- Əmək haqqı: 800-1000 AZN
Tələblərə cavab verən namizədlər öz CV-ləri ilə birlikdə portfolionu və ya iş nümunələrini “Digital Marketinq mütəxəssis” başlığı ilə elektron poçtuna göndərə bilərlər.