Improve Group
Rəqəmsal Marketinq Meneceri
Son tarix 29 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin təqdim etdiyi məhsul və xidmətin real hədəf kütləsini düzgün müəyyən edib, sosial şəbəkələrdə targetlərin qurulması və geri dönüşləri maksimuma çatdırmaq.
- Məhsul və xidmətlər üçün ideal auditoriyanı seçərək sosial şəbəkələrdə hədəflənmiş reklam kampaniyaları(Target) qurmaq və maksimum dönüş təmin etmək.
- Sosial media platformalarında hədəflənmiş reklamları qurmaq və idarə etmək (Facebook, Instagram,TikTok, Linkedln, Google Ads və digər platformalar).
- Müəyyən olunan hədəf kütləsinin maksimum marağını cəlb etmək üçün hazırlanan kontentlərin müzakirəsində iştirak etmək.
- Ödənişli media, mobil, sosial və SEO üzrə maksimal effektivliyin əldə edilməsini təmin etmək.
- Reklam büdcəsinin səmərəli istifadəsi və yüksək ROI üçün optimallaşdırma işlərinin icrası.
- A/B testləri, hədəf qruplarının bölünməsi və digər metodlarla effektivliyin artırılması.
- Həyata keçirilmiş kampaniyaların nəticələri əsasında həftəlik, aylıq, rüblük və layihəyə əsaslanan hesabatların hazırlanması.
- Toplanan məlumatlar əsasında strateji təkliflərin verilməsi və təqdimatların hazırlanması.
Vəzifəyə tələblər:
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi.
- Marketinq Platformaları üzrə biliklər: Meta Ads, Google Analytics, Yandex Metrica, Google Ads, Remarketing Tools,Tik-Tok Ads.
- Yaradıcı və yenilikçi düşünmə bacarığı.
- Komanda ilə işləmə bacarığı.
- Sosial şəbəkələrdə reklam kampaniyalarının qurulması və idarə edilməsi təcrübəsi.
- Dil bilikləri üstünlükdür.
- Sosial media və rəqəmsal platformalarda dəqiq və məqsədyönlü hədəfləmə (targeting)bacarığı.
İş haqqında:
- Əmək haqqı: 600-800 azn;
- ARƏM uyğun işə qəbul;
- Nahar şirkət tərəfindən təmin olunur.
Tələblərə cavab verən namizədlər öz CV-ləri ilə birlikdə portfolionu və ya iş nümunələrini “Rəqəmsal Marketinq Meneceri” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilərlər.