Improve Group
Targetoloq
Son tarix 13 may 2026 - [email protected]
Əsas öhdəliklər:
- Şirkətin təqdim etdiyi məhsul və xidmətin real hədəf kütləsini düzgün müəyyən edib, sosial şəbəkələrdə targetlərinin geri dönüşlərini maksimuma çatdırmaq;
- Meta, TikTok, Google Ads platformalarında reklam kampaniyalarının qurulması və optimizasiyası;
- Lead generation və footfall artırılması üçün performans strategiyalarının hazırlanması;
- ROAS, CPA, CPC kimi KPI-ların idarə olunması və optimizasiyası;
- A/B testlərin aparılması və konversiya funnel-ların təkmilləşdirilməsi;
- Əyləncə və oyun sektorunda (game centers, lounge, events) kampaniyaların planlanması.
- Reklam kampaniyalarının nəticələrinin analiz edilməsi və effektivliyin artırılması üçün optimallaşdırma tədbirlərinin görülməsi;
- Şirkətin sosial şəbəkələrdəki səhifələri üçün (Instagram və s.) kontentlərin hazırlanmasında iştirak etmək;
- Trendlərin izlənilməsi və tətbiqinin təmin edilməsi;
Kvalifikasiya tələbləri:
- Təhsili: Ali təhsil (üstünlükdür);
- İş təcrübəsi: Minimum 2-3 il müvafiq sahə üzrə iş təcrübəsi.
- Entertainment / gaming sahəsində təcrübə üstünlükdür.
Tələb olunan bilik və bacarıqlar:
- Marketinq platformaları üzrə biliklər: Google Analytics, Google Ads, Remarketing Tools;
- Sosial şəbəkələrdə reklam kampaniyalarının qurulması və idarə edilməsi təcrübəsi;
- Data analitikası və reklam optimizasiyası üzrə güclü biliklər;
- ROAS, CPA, CPC kimi KPI-larla işləmə bacarığı;
- A/B testlər və konversiya funnel-lar üzrə təcrübə;
- Yaradıcı və yenilikçi düşünmə bacarığı;
- Trendləri izləmək və tətbiq etmək bacarığı;
- Dil bilikləri üstünlükdür.
Təklif edirik:
- Əmək haqqı: 1200-1500 Azn;
- Azərbaycan Respublikası ƏM uyğun işə qəbul;
- Nahar şirkət tərəfindən təmin olunur.
Tələblərə cavab verən namizədlər öz CV-ləri ilə birlikdə portfolionu və ya iş nümunələrini “Targetoloq” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














