Improtex Group
Mexatronika və robotexnika üzrə mühəndis
Son tarix 29 okt 2022 Mühəndislik
Vəzifə və öhdəliklər:
- Robot texnikasının müxtəlif sahələrində tədqiqatların aparılması
- Dizayn prosesləri və prototiplərin hazırlanması
- Robotlaşdırılmış sistemlərin sınaqdan keçirilməsi
- Tələblərə cavab verən komponentlərin layihələşdirilməsi, hazırlanması və quraşdırılması.
- Problemləri və ya çatışmazlıqları təhlil etmək və onları aradan qaldırmaq üçün həllər hazırlamaq.
- Məhsulun dizaynında innovasiyaların təkmilləşdirilməsi və tətbiqi üçün eksperimentlər və qiymətləndirmələrin aparılması.
- CAD texnologiyasından istifadə edərək plan və layihələrin yaradılması.
- Hər bir layihə üçün büdcələrin və vaxt çərçivələrinin qiymətləndirilməsi.
- Bizim komandamızda layihə menecerləri və digər mühəndislərlə əməkdaşlıq.
Tələblər və bacarıqlar:
- Robot mühəndisi və ya oxşar vəzifədə əvvəlki iş təcrübəsi (minimum 1 il)
- informatika, elektronika və programlaşdırma üzrə biliklərə sahib olmalı.
- “Internet of Things” (IoT) və Hidravlik – pnevmatik sistemləri barədə məlumatlı olması arzu olunandır
- Mühəndislik, kompüter elmləri və ya oxşar sahədə biliklərin olması
- İnteqrasiya edilmiş sistemləri inkişaf etdirmək və qiymətləndirmək bacarığı
- Analitik düşüncə, ünsiyyət qurma və komandada işləmə bacarığı
- Əmək haqqı AZN1500+
Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Mexatronika və robotexnika üzrə mühəndis" sözünü qeyd etməklə elektron poçtuna göndərə bilərlər.