Imalion Marketing
Əməliyyat və Layihə Meneceri
Son tarix 03 mar 2025 - [email protected]
İş şəraiti
- İş yeri: Bakı, Azərbaycan
- İş vaxtı: Tam iş günü.
- Sahə: Reklam istehsalı, Promo & Çap, Tədbir Təşkilatı
Yaxınların şəxsin haqda belə düşünür?
- Yaradıcı və dinamik mühitdə işləməyi sevirsən və bacarırsan.
- Müştərilərlə və komandalarla effektiv ünsiyyət qurmağı bacarırsan.
- Lidersən. Layihələri sıfırdan uğurla idarə etməyə və nəticəyə çatdırmağa hazırsan.
- Əgər cavabların pozitivdirsə, və dinamik, strateji, innovativ və disiplinli iş tərzini bəyənən gəncsənsə, İmalion-da Əməliyyat və Layihə Meneceri kimi peşəkar inkişafına yeni nəfəs qatmağa hazırsan!
- İmalion Şirkətinin innovativ reklam, promo, hədiyyə dizaynı / istehsalı və tədbir təşkili xidmətlərinin həyata keçirilməsində əsas idarəedici rol oynayacaqsan. Müştərilərlə, əməkdaşlarla, tərəfdaşlarla və tədarükçülərlə effektiv əlaqə quraraq layihələrin əldə olunmasında, vaxtında və yüksək keyfiyyətlə tamamlanmasını və biznesin inkişafını təmin etməyə dəstək olacaqsan.
Səndən nə gözləyirik?
- Müştəri münasibətləri – Müştərilərlə birbaşa əlaqə saxlayaraq, onların ehtiyaclarını başa düşmək və uyğun həllər təqdim etmək.
- Layihə idarəçiliyi – Yaradıcı komandalar və tədarükçülərlə işləyərək reklam, promo və tədbir layihələrinin icrasına təmin / rəhbərlik etmək.
- Təkliflərin hazırlanması – Qiymət təkliflərini toplamaq, təqdimatlar və kommersiya təklifləri hazırlamaq.
- İşin koordinasiyası – Tapşırıqların icrasını izləmək, layihələri vaxtında və keyfiyyətli şəkildə başa çatdırmaq.
- Müştəri məmnuniyyəti – Video zənglər və şəxsi görüşlər vasitəsilə müştəri ilə mütəmadi əlaqə qurmaq.
Sən, uyğun namizəd olduğuna əminsən?
- Reklam agentliyi, reklam istehsalçıları və ya tədbir təşkilatçılıqında təcrübən varsa – SUPER!
- Canva, ClickUp və Google Sheets ilə sərbəst işləməyin vacibdir.
- Detallara diqqət edir, sistemli və planlı işləyirsən.
- İnsanlarla ünsiyyəti bacarırsan və ehtiyacları düzgün təhlil edirsən.
- Azərbaycan və Rus dillərini mükəmməl bilirsən (İngilis dili üstünlükdür).
- Texnologiya ilə maraqlısan və innovativ yanaşmalara açıqsan.
- Uzaqdan və çevik işləmə bacarığın var.
Biz sənə nə təklif edirik?
- Əmək haqqı: 800-1000 AZN + uğurla tamamlanmış layihələrdən komissiya.
- Bonuslar və performans dəyərləndirməsi – Yaxşı nəticələr qazan və daha çox qazan!
- Şirkət tərəfindən korporativ nömrə təmin edilir.
- Çevik iş mühiti və müasir idarəetmə sistemi.
- Peşəkar inkişaf və real təcrübə imkanı.
- İşlərin kənardan rahat idarə olunması üçün laptopun olması vacibdir.
Necə müraciət etməli?
CV və portfolio-nu [email protected] e-mail ünvanına “Operations and Project Manager” başlığı ilə göndər!