IDE Soft
Korporativ satış üzrə mütəxəssis
Son tarix 26 avq 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması
- Müştəri barədə məlumatları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayıb və müştəri bazasına qeyd edilməsi;
- Müştərilərin şirkətimiz və tərəfdaş şirkətlərin məhsulları və həlləri ilə tanış etdirilməsi
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirilməsi və həllərin təqdim olunması
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi.
- Müştərilər ilə və tərəfdaş şirkətlərin işçiləri ilə müntəzəm görüşlər aparmaq, təqdimatlar keçirmək, etirazlarla işləmək.
- Kommersiya təkliflərinin hazırlanması
- Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən istifadəsi
- Fərdi və kollektiv satış planının yerinə yetirilməsi
- Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün tədbirlərin formalaşdırılması
- Maliyyə hesabatları, xidmətlər üçün ödənişlərə nəzarət, layihələr üçün sənəd dövriyyəsi
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Tərəfdaşlarımızın məhsulları və həlləri üzrə təlim və sertifikatlaşdırma
- Satış və xidmətin yüksək səviyyədə təmin edilməsi
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma
- Əmək haqqı: 1500-2000 AZN
- Satışın 10% vəya 15% dəyərində əlavə bonuslar(mükafat)
- İş günləri: I-V günlər; VI (home office)
- İş saatı: 09:00-dan - 17:00-dək (flexible)
Namizədə tələblər:
- İT sahəsində biliklər mütləqdir
- Dil bilikləri: Azərbaycan və Rus dilləri - sərbəst, İngilis dili - orta
- MS Office proqramları ilə işləmək bacarığı
- Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi
- Komandada işləmək, tapşırıqları vermək, məsuliyyət sahələrini idarə etmək bacarığı
- Səriştəli şifahi və yazılı nitq, işgüzar yazışmalar aparmaq, kommersiya təklifləri vermək, telefon etiket qaydalarına riayət etmək
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti
- Xoş görünüşlülük və gülərüzlülük
- Ölkədaxili səfərlər edə bilməlidir
- Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış üzrə mütəxəssis” qeyd etmələri tələb olunur.