İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Daxili audit xidmətinin rəhbəri
Son tarix 14 fev 2023 - [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
- Risklərin qiymətləndirilməsi əsasında DAX planının hazırlanması;
- Maliyyə hesabatlarının dəqiqliyini, etibarlılığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqini nəzarətdə saxlamaq;
- Yerli və beynəlxalq təcrübəyə uyğun olaraq daxili audit siyasət və prosedurlarını işləyib hazırlanması və həyata keçirilməsi;
- İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi, yoxlamalara dair planlama və iş sənədlərinin tərtib edilməsi;
- Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, rəhbərliyə təkliflər vermək;
- Audit məlumatlarının rəhbərliyə tam, dəqiq və vaxtında təqdim edilməsini təmin etmək;
- Daxili audit xidmətinin fəaliyyəti ilə bağlı illik hesabat təqdim etmək;
- Zəruri hallarda Agentliyin daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
- Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan struktur bölmənin risk təhlilini həyata keçirmək;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi və ya maliyyə təhsili;
- Audit sahəsində ən azı 5 il iş təcrübəsi;
- Daxili audit sahəsində qanunvercilik üzrə müfəssəl biliklərə sahib olmaq;
- Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
- Analitik və kritik düşünmə;
- Qərəzsizlik və müstəqillik;
- Stressə davamlılıq;
- Microsoft Ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
- CIA, CPA və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
- Maliyyə, daxili audit və risk sahəsi üzrə beynəlxalq sertifikatı olanlara üstünlük veriləcəkdir.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi 13.02.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.