HR Option
İşə Qəbul üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis (Recruiter)
Son tarix 30 avq 2025 - [email protected]
Azərbaycanın ən böyük bankı - ABB Bank işçilər axtarır - VAKANSİYALAR
Şirkət: Vyana Şokolad Evi
Vəzifə Öhdəlikləri:
- Şirkətin işə qəbul ehtiyaclarını analiz etmək və vakansiyalar üzrə planlama aparmaq
- İş elanlarının hazırlanması və uyğun platformalarda paylaşılması
- Namizəd axtarışı, ilkin seçim və müsahibələrin keçirilməsi
- Potensial namizədlərlə görüşlər və onların təcrübə və uyğunluğunu qiymətləndirilməsi
- Yeni işçilərin adaptasiya və oriyentasiya prosesini izləmək və dəstək göstərmək
- İşdən çıxış müsahibələrinin aparılması və nəticə hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi
- İşəqəbul və Ümumi insan resursları proseslərinin təkmilləşdirilməsi yönündə təkliflər hazırlamaq və tətbiq etmək
- Filiallara vaxtaşırı səfərlər edərək müşahidə aparmaq və ehtiyacları müəyyənləşdirmək
Namizəddən Tələblər:
- Ali Təhsil
- Minimum 2 il işə qəbul üzrə iş təcrübəsi ( F&B, pərakəndə və xidmət sahələrində üstünlükdür)
- Müsahibə texnikaları və metodları üzrə praktiki biliklər
- MS Office proqramları ( Word, Excel ) üzrə baza bilikləri
- İnkişafa yönümlü, Komandada və dinamik iş mühitdə işləmə bacarığı
- Effektiv ünsiyyət, Təhliletmə və Vaxtı düzgün idarəetmə bacarığı
- Planlama və Prioritetləri müəyyənləşdirmə bacarığı
İş Şərtləri
- İş qrafiki: Həftə içi 09:00 – 18:00 (şənbə 09:00 – 13:00)
- Ünvan: Yaşayış yerinə uyğun filial ola bilər
- Filiallar: Gənclik mall, Tarqovı, Elmlər, Əhmədli
- Əmək Haqqı: Namizədin təcrübəsi və bilik bacarığına uyğun 1400 AZN – 1800 AZN ( Net)
Müraciət üçün:
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yuxarıda qeyd edilmiş tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.