Horeca
Satış nümayəndəsi
Son tarix 04 iyn 2023 - [email protected]
Vəzifənin təsviri:
- Mütəmadi olaraq potensial müştərilərin axtarılması;
- Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və satışı;
- Mövcud müştərilərlə əlaqələrin qorunub saxlanması və sifarişlərin qəbulu;
- Müştərilərdə yaranan problemlərin həlli, avadanlığa dair təlimin aparılması;
- Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə verilməsi;
- Müştərilər üçün qiymət təklifi paketini hazırlamaq.
Şərtlər:
- Rəqabətə davamlı əmək haqqı və satışa görə bonuslar
- Əmək haqqı 800-900 AZN
- İş qrafiki həftə içi 09:00 – 18:00, şənbə, bazar-istirahət günü
- Müntəzəm yerli və xarici təlimlərin verilməsi
- AR qanunvericiliyinə əsasən sənədləşmə
- Yanacaq və telefon danışıq haqqının verilməsi
- Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi
- Ambisiyalı əməkdaş üçün karyera inkişafı imkanı
Namizədə tələblər:
- Ali təhsil
- Sürücülük vəsiqəsi (B kateqoriya)
- HoReCa sektorunda işləmək, qazanmaq və karyera qurmaq həvəsi
- Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı
- Ünsiyyət qurmaq və inandırmaq bacarığı
- Şəxsi avtomobili olması
CV-lərinizi email ünvanına yazıb göndərin, mövzu hissəsində vakansiyanın adını qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur.
Əlavə suallar yaranarsa, www.horeca.com.az saytından əldə edə bilərsiniz. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Zənglər qəbul edilmir.