Head Start Career Development
Politoloq (Analitik) – Yaxın Şərq üzrə
Son tarix 16 iyl 2025 - Müraciət et
Təsvir:
- İş yeri: Bakı, Azərbaycan
- İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Yaxın Şərq regionunda baş verən siyasi və geosiyasi hadisələri izləmək, təhlil etmək və mütəmadi olaraq hesabatlar hazırlamaq
- Regional təhlükəsizlik, enerji siyasəti, beynəlxalq münasibətlər və siyasi qüvvələrin dəyişimi kimi mövzularda dərin araşdırmalar aparmaq
- Dövlət və qeyri-dövlət aktorlarının fəaliyyətini qiymətləndirmək
- Analitik məqalələrin, brifinqlərin və daxili qeydlərin hazırlanması
- Tədqiqatların nəticələrini rəhbərlik və partnyorlarla paylaşmaq, strateji qərarların verilməsinə töhfə vermək
- Lazım olduqda mətbuat və ictimaiyyət üçün ekspert şərhləri təqdim etmək
Təklif olunur:
- Rəqabətli əmək haqqı - 2000 AZN
- Peşəkar inkişaf və beynəlxalq platformalara çıxış imkanı
- Əlavə təlimlər və beynəlxalq seminarlar
- Rəsmi əmək müqaviləsi və sosial təminatlar
Tələblər:
- Siyasi elmlər, beynəlxalq münasibətlər və ya regionşünaslıq üzrə ali təhsil
- Ərəb dili və ya fars dili üzrə bilik üstünlükdür
- Bəylər üçün mütləq hərbi mükəlləfiyyət
- İngilis və Azərbaycan dillərində mükəmməl yazılı və şifahi bacarıq
- Analitik düşüncə, detallara diqqət və obyektivlik
- Müstəqil və komanda şəraitində işləmə bacarığı
- Etibarlı mənbələrlə işləmə və sürətli reaksiya vermə qabiliyyəti
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 1 ilədək
- Vəzifə dərəcəsi Mütəxəssis
- Əmək haqqı 2000 - 2500 AZN
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.
PR üzrə Baş Mütəxəssis
Son tarix 23 iyl 2025 Müraciət et
Təsvir
- Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması və həyata keçirilməsi
- Media ilə əlaqələrin qurulması və idarə olunması
- Press-relizlərin, məqalələrin, müsahibələrin hazırlanması
- PR kampaniyalarının təşkili və icrası
- Sosial media strategiyasına dəstək verilməsi və kontentin planlaşdırılması
- Şirkətin nüfuzunu gücləndirəcək təşəbbüslərin hazırlanması
- İctimai tədbirlərin təşkili və PR təminatı
Tələblər
- Ali təhsil (Jurnalistika, PR, Kommunikasiya və ya digər uyğun sahə üzrə üstünlükdür)
- PR və ya media sahəsində iş təcrübəsi
- Bəy namizədlər üçün hərbi mükəlləfiyyət
- Azərbaycan, rus və ingilis dillərində səlis yazı və şifahi ünsiyyət bacarığı
- Yaradıcı düşüncə və yüksək yazı qabiliyyəti
- Media sektorunda əlaqələrə malik olmaq üstünlükdür
- Komanda ilə işləmək və təşəbbüskar olmaq bacarığı
- Təzyiq altında işləmək və çoxlu tapşırıqları eyni anda idarə edə bilmək qabiliyyət
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1 ilədək
- Vəzifə dərəcəsi Rəhbər
- Təhsil Bakalavr
- Əmək haqqı 2500 - 3000 AZN
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.