Hazzaz D MMC
Korporativ Satış üzrə Menecer
Son tarix 17 may 2025 - [email protected]
Əsas vəzifələr:
- Müştəri portfelini genişləndirmək, yeni müştərilərlə əlaqələr qurmaq və mövcud müştəri bazası ilə müntəzəm əlaqələri saxlamaq.
 - Müştəri ehtiyaclarını təhlil etmək, bazar tədqiqatları aparmaq və müştərilərə uyğun həll yolları təqdim etmək.
 - Satış strategiyalarını inkişaf etdirmək, icra etmək və müvafiq göstəriciləri izləmək.
 - Satış prosesi zamanı müştəri ilə dəfələrlə görüşmək, təqdimatlar etmək və müqavilələr bağlamaq.
 - Müştəri məmnuniyyətini artırmaq üçün müntəzəm olaraq geribildirim toplamaq və onları təhlil etmək.
 - Komanda içində faydalı əməkdaşlıq etmək və yeni marketinq strategiyalarına dəstək vermək.
 - Şirkətin təqdim elədiyi beynəlxalq sertifikatları və xidmətlərin potensial müştərilərə satış edilməsi.
 - Yeni korporativ müştəriləri cəlb etmək.
 - Satış planına uyğun olaraq aylıq və illik hədəflərə çatmaq üçün effektiv strategiyalar hazırlamaq.
 - Müxtəlif tədbir və şirkətlərdə iştirak edərək şirkəti təmsil etmək.
 - Yeni və mövcüd layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi.
 - Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
 
Tələblər:
- Xanım və Bəy namizədlər
 - Satış sahəsində minimum 2 il iş təcrübəsi (Korporativ və təlim təhsil sahəsində təcrübə
 - üstünlükdür)
 - Ali təhsil
 - Enerjili və yüksək məsuliyyətli
 - Xoş və səliqəli görünüş
 - Yüksək ünsiyyət qurma bacarığı və təqdimat etmə
 - Hədəf yönümlü və nəticəyə fokuslanmış olmaq.
 - Məhsulları təqdim etmək və satışa sonlandırmaq bacarığına malik olmaq.
 - Satış texnikaları və müştəri psixologiyası barədə biliklərə sahib olmaq.
 - Azərbaycan dili sərbəst, rus və ingilis dillərini bilmək üstünlükdür.
 - MS Office proqramları (Word, Excel) , proqramlarını bilmək.
 - Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.
 - Satış texnikaları və müştəri etirazlarını idarəetmə bacarığı.
 - Problemləri həll etmə və qərarvermə bacarığı.
 - Komanda ilə işləmə və təşəbbüskarlıq.
 
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
 - Həftədə 6 iş günü, 1 gün istirahət;
 - İş saatı – 10 : 00 – 18 : 00 ( 1-5 gün )
 - 10 : 00 – 14 : 00 ( 6.gün )
 - VAKANSİYA NÖVÜ TAM ŞTAT
 - Əmək haqqı - 1000 + (Satış həcmindən yüksək bonus)
 
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et butonunda qeyd olunan elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Satış mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







