Halal - P
Satınalmalar üzrə mütəxəssis
Son tarix 10 noy 2022 - [email protected]
Tələblər:
- Xarici satınalmaları uğurla icra etmək üçün ingilis dilində yüksək yazı və danışıq bacarığın bizim üçün vacibdir.
- Işgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığına üstünlük veriləcək.
- MS Office proqram biliklərin yüksək dəyərləndirilir.
- Rus dili biliyin arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Təchizatçılar ilə əlaqələrin qurulması;
- Satınalmaların təşkili və müvafiq sənəd dövriyyəsinin aparılması;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
- Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
- Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
Dəyərlərimiz:
- İnkişaf və davamlı öyrənmək istəyi
- Qayğı göstərmək və kömək etmək istəyi
- Dürüstlük və ədalətli mübadilə
Seçim bir neçə mərhələdən ibarətdir:
- CV – namizədlərin təcrübəsinin uyğunluğu nəzərdən keçirilir
- Doldurulmuş anket forması - cavablandırma sürəti və anketin məzmununu nəzərdən keçiririk
- Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
- Rəhbərlə müsahibə
Şərtlər:
- Yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar təchiz edirik;
- Sizə xidmət və məhsullarımız barədə maksimum məlumat verməyə hazırıq;
- Xarici bazarı araşdırıb, birlikdə uğurlu planlar yaradacağıq - uğurlu təcrübəni bölüşmək imkanınız olacaq;
- İş cədvəli: Həftənin 5 günü 9.00-dan 18.00-dək;
Yuxarıda qeyd edilənlər sizə uyğundursa – geri dönüş edin!
Əmək haqqı: 1200-1500 AZN
CV-zi vakansiyanın adını qeyd etməklə göndərməyi unutmayın.
Bizimlə iş şən və perspektivlidir!