Hajigabul Poultry Farm Company
Audit Üzrə Mütəxəssis
Son tarix 09 dek 2024 - [email protected]
Vəzifə Haqqında:
Bu rolda sizin əsas məqsədiniz fabrik daxilində daxili audit proseslərini həyata keçirmək, maliyyə və əməliyyat fəaliyyətlərini yoxlamaq , risklərin minimallaşdırılması istiqamətində təhlillər aparmaq və təkminlədirməsi üzrə təkliflər hazırlamaq , şirkətin fəaliyyətinin müvafiq qanunvericilik və daxili siyasətə uyğunluğunu təmin etməkdən ibarət olacaqdır.
İş Barədə Məlumat:
- İş yeri: Hacıqabul ;
- Fabrikin maliyyə və əməliyyat fəaliyyətlərinin auditini aparmaq;
- Daxili audit planına uyğun olaraq risklərin müəyyən edilməsi və qiymətləndirilməsi;
- Audit zamanı aşkar olunan uyğunsuzluqlar, maliyyə itkiləri və səmərəsizliklərlə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Əməliyyat və maliyyə fəaliyyətlərində effektiv nəzarət sistemlərinin qurulması və tətbiqini təklif etmək;
- İllik audit planının hazırlanması və həyata keçirilməsinə dəstək göstərmək;
- Müvafiq sənədlərin və prosedurların qanunvericiliyə və daxili siyasətə uyğunluğunu yoxlamaq;
- Audit nəticələrinə əsaslanaraq problemlərin aradan qaldırılması və proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
- 6 günlük iş rejimi (09:00 - 17:00);
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis mövcüddur ( Bakı şəhəri, Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
- Əmək haqqı: Müsahibə əsasında.
Tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
- Audit və ya daxili nəzarət sahəsində ən azı 2 il iş təcrübəsi;
- Beynəlxalq audit standartları və müvafiq qanunvericilik üzrə biliklər;
- Risklərin idarə edilməsi və analiz bacarıqları;
- Analitik düşüncə və detallara yüksək diqqət;
- Güclü məsuliyyət hissi və etibarlılıq;
- Komanda ilə işləmə bacarığı və effektiv ünsiyyət qurma qabiliyyəti.
Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi elektron poçt ünvanımıza göndərə bilərsiniz.