Vəzifə: Anderaytinq və Təkrarsığorta şöbəsinin aparıcı mütəxəssisi
Namizədə tələblər:
-Yaş: 25-40;
-Təhsil: Ali;
-Dil bilikləri: Azərbaycan (əla), İnsgilis dili (əla), Rus dili (yaxşı);
-İş təcrübəsi: 1-3 il;
-Sığorta qanunvericiliyinin və sığorta fəaliyyətinin əsaslarının, anderraytinq prinsiplərinin və qaydalarının biliyinə malik olma.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
-Şöbəyə daxil olan məktublara cavabların yazılması və təyinatı üzrə göndərilməsinin təmin edilməsi;
-Yerli və xarici sığortaçılarla, təkrarsığortaçılarla və brokerlərlə yazışmalar və danışıqların aparılması;
-Sığorta/Təkrarsığorta təminat şəhadətnamələrinin buraxılması, əlavələrin, razılaşmaların hazırlanması və ləğvi;
-Sığorta/Təkrarsığorta üzrə olan sorğuları analiz etmək, təkrarsığortaçılara göndərmək;
-Satış işçiləri üçün sığorta təkliflərinin hazırlanması və vaxtında göndərilməsi;
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 700-900 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.