Groupone
Restoran menecerinin köməkçisi
Son tarix 16 okt 2025 - [email protected]
"Groupone” MMC “Restoran menecerinin köməkçisi” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Françayz brendin standartlarına (menyu, servis, təmizlik, vizual görünüş və s.) tam uyğunluğun təmin edilməsi;
- Müntəzəm olaraq brendin yoxlamalarına hazır olmaq və nəticələrin izlənməsi;
- İşçi qrafiklərinin hazırlanması və iş rejiminə nəzarət;
- Yeni işçilərin brend standartlarına uyğun təliminin təşkili;
- Komanda ruhunun formalaşdırılması və əmək məhsuldarlığının artırılması;
- Heyətin xidmət keyfiyyəti və davranışlarına nəzarət;
- Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinə nəzarət;
- Müştəri şikayətlərinin və rəylərinin operativ şəkildə həll olunması;
- Davamlı olaraq müştəri məmnuniyyətinin ölçülməsi və inkişaf planlarının hazırlanması;
- Gündəlik kassanın bağlanması və maliyyə hesabatlarının aparılması;
- Satış hədəflərinin izlənməsi və satışın artırılması üçün təşəbbüslər;
- Qida təhlükəsizliyi və gigiyenik normalara uyğunluğun təmin olunması;
- Təmizlik cədvəllərinə nəzarət və sağlam iş mühiti yaradılması.
Namizədə dair tələblər:
- Təcrübə: Restoran və hotel sferasında minimum 2-3 il idarəetmədə təcrübə;
- Xarici dil biliyi üstünlükdür;
- Kompüter bilikləri: PowerPoint, Excel, Word, Outlook və digər ofis proqramlarından istifadə etmək.
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: 1500 AZN;
- İş yeri: Bakı şəhəri.
Maraqlanan namizədlər öz CV-lərini “Restoran menecerinin köməkçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Restoran meneceri
Son tarix 16 okt 2025 - [email protected]
"Groupone” MMC “Restoran meneceri” vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək;
- Restoranın performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək;
- Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
- Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək;
- Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək;
- Satışların artırılması və müəyyən edilmiş hədəflərə çatmaq üçün təşəbbüslərin həyata keçirilməsini təmin etmək;
- Qida təhlükəsizliyi və gigiyena standartlarına riayət olunmasına nəzarət etmək;
- Hesabatların hazırlanması və büdcənin nəzarətdə saxlanılmasını təmin etmək;
- Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək;
- Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsinin təmin edilməsi üçün lazımi şöbələrə məlumat vermək.
Namizədə dair tələblər:
- Təcrübə: Restoran və ya hotel sferasında 3 - 5 il idarəetmədə təcrübə;
- Xidmət sektorunda müştəri yönümlü düşüncə tərzi;
- Yüksək səviyyədə təşkilatçılıq və problem həll etmə bacarığı;
- Xarici dil bilikləri üstünlükdür;
- Kompüter bilikləri: Excel, Word, Outlook və digər ofis proqramlarından istifadə etmək bacarığı.
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: 2000 AZN;
- İş yeri: Bakı şəhəri.
Maraqlanan namizədlər öz CV-lərini “Restoran meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.