Groupone
Xərclərə nəzarət üzrə analitik
Son tarix 12 noy 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- İctimai iaşə obyektləri tərəfindən satılan məhsulların (yeməklər, yarımfabrikatlar, kulinariya və qənnadı məmulatları) hesablamalarını aparmaq və qiymətini müəyyənləşdirmək.
- Reseptlərdəki dəyişikliklərə, alış qiymətlərinə və ticarət marjalarına uyğun olaraq maya dəyəri kartlarına müvafiq düzəlişlər etmək.
- İaşə obyekti menecerinin və aşpazın tələblərinə əsasən, yeməklərin, yarımfabrikatların və kulinariya məhsullarının hazırlanması üçün tələb olunan məhsulların miqdarını hesablamaq
- Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
- Aylıq maya dəyəri hesabatlarının hazırlanmasında iştirak etmək və nəticəni analiz etmək
- Maya dəyəri ilə bağlı digər müvafiq hesabatların hazırlanması.
- Inventarlaşmada və Audit yoxlamalarında iştirak etmək
- Rəhbər tərəfindən verilən digər tapşırqları yerinə yetirmək
Namizədə dair tələblər:
- Ali Təhsil (Maliyyə, İqtisadiyyat)
- Bəy Namizədlər
- Yaş : 24 – 35
- Qida sənayesində oxşar vəzifədə 2 il iş təcrübəsi
- Microsoft Office proqramlarını bilməli (Excel yüksək səviyyədə)
- Hesabatvermə sahəsində təcrübə üstünlükdür.
- Vizuallaşdırma proqramlarını (Power BI) bilmək üstünlükdür.
- Komandada işləmək bacarığı
- Analitik düşüncə qabiliyyəti və nəticə yönümlü olmalı
İş qrafiki:
- İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Şənbə, Bazar
Təminatlar:
- AR Əmək Q. əsasən rəsmiləşdirilmə
- Korporativ nömrə ilə təminat
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı : 800 - 1000 AZN (NET)
Maraqlanan namizədlərdən CV-ni e-mail ünvanına göndərmələri xahiş olunur.