Groupone
Təlim və İnkişaf üzrə Menecer
Son tarix 05 mar 2025 - [email protected]
"Groupone” MMC “PAUL” restoranınına “Təlim və İnkişaf üzrə Menecer” vəzifəsi üzrə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Təlim planı daxilində restoran filialları üçün təlim ehtiyacları analizinin hazırlanması;
- Şirkət və restoran daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
- Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
- Əməkdaşların səmərəli giriş təlimatı proqramlarının təşkil edilməsi;
- Şirkətdaxili təlimlərin təşkil olunması;
- Menecerlər ilə müzakirələr və sorğu anketləri vasitəsi ilə təlim proqresinin monitorinq və təhlili;
- Təlim qiymətləndirmə sisteminin yaradılması və tətbiqi vasitəsilə əməkdaşların işinə treyninqin verdiyi töfhənin qiymətləndirilməsi;
- Ehtiyac yarandıqda müxtəlif məsələlər ilə bağlı təlim layihələrin təşkili;
- Təlimlərdən nəticələrin əldə edilməsi üçün qərarların qəbulu zamanı treyninq üsulunun və texnikasının seçilməsi, eyni zamanda qiymətləndirmə meyarlarının tətbiq edilməsi;
- İşçilərin treyninqlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədi ilə güclü kommunikasiya strategiyasının qurulması.
Namizədə dair tələblər:
- Təcrübə: Restoran və hotel sferasının Təlim və inkişaf sahəsində 3 - 5 il iş təcrübəsi tələb olunur;
- Rus və ingilis dilini bilmək mütləqdir;
- Daxili treyninq mərkəzi konsepsiyasının anlayışı;
- Təlim layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
- Kompüter bilikləri: PowerPoint, Word, Outlook və digər ofis proqramlarından istifadə etmək
İş qrafiki: 5 günlük
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir.
- Əmək haqqı: 2000 AZN (nett)
Uyğun namizədlər öz cvlərini “Təlim və İnkişaf üzrə Menecer” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.