Groupone
Baş mühasib
Son tarix 17 may 2026 - [email protected]
"Groupone” MMC “Baş mühasib” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili və idarə olunması
- Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və registrlərdə düzgün əks etdirilməsinə nəzarət
- Mühasibat (maliyyə) hesabatlarının vaxtında hazırlanması və təqdim edilməsi
- Əsas vəsaitlər, maddi-əmtəə ehtiyatları və pul vəsaitlərinin hərəkətinin uçotuna nəzarət
- Vergi hesabatlarının (ƏDV, ÖMV, mənfəət vergisi, əmlak vergisi və s.) hazırlanması və təqdim edilməsi
- Bank əməliyyatlarının və maliyyə hesablaşmalarının operativ uçotunun təşkili
- Müqavilələr üzrə ödənişlərin vaxtında icrasına nəzarət
- Şirkətin maliyyə vəziyyəti, pul axını və debitor borcları üzrə hesabatların hazırlanması
- Xəzinə, bank əməliyyatları, əsas vəsaitlər və öhdəliklərin uçotunun aparılması
- Dövlət büdcəsinə və DSMF-yə ödənişlərin düzgün hesablanması və nəzarəti
- Sayımların (inventarizasiya) yerində və düzgün aparılmasının təmin edilməsi
Tələblər:
- Yaş: 30–45
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat)
- İş təcrübəsi minimum 5 il ( Restoran sahəsində üstünlükdür)
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl, Rus dili arzuolunandır
- Kompüter bacarıqları: MS Office (xüsusilə Excel yüksək səviyyədə), 1C proqramı
- Vergi, Əmək və digər qanunvericilik üzrə biliklər
- Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi
- PMS sertifikatı mütləqdir
- İdarəetmə və təşkilatı bacarıqlar
İş şəraiti:
- Əmək haqqı: 1500-2000 AZN
- İş qrafiki: 5 günlük, 09:00 – 18:00
Uyğun namizədlər öz cvlərini “Baş mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














